İraq kimyəvi silahları tam məhv edib


Dünya 01 Fev 2018 08:48:00 272 0

İraq kimyəvi silahları tam məhv edib

İraq höküməti ölkədə olan kimyəvi silah ehtiyatlarını tam məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İraqın ali təhsil və elmi tədqiqat naziri Abdel Razzak əl-İsakak bildirib.

Nazir deyib: "Biz dünyaya bəyan edirik ki, nazirlik öz vəzifəsini yerinə yetirəndən sonra İraqda həyata təhlükəsi olan heç nə qalmayıb. İraq kimyəvi silah ehtiyatlarının məhv edilməsi üzrə beynəlxalq öhdəliklərini yerinə yetirib".