İnsan emosiyalarını müəyyənləşdirən texnologiya hazırlanıb VİDEO


Digərləri 01 Fev 2018 08:15:00 273 0

İnsan emosiyalarını müəyyənləşdirən texnologiya hazırlanıb  VİDEO

Yaponiyanın "Panasonic" korporasiyası tərəfindən təqdim edilmiş texnologiya müşahidə olunan insanların emosional vəziyyətini məsafədən müəyyənləşdirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxsin sifətini təhlil edən qurğu onun emosional və qismən fiziki vəziyyətini dəqiq qiymətləndirə bilir: məsələn, qurğu insanın hirsli olması, yaxud üzülməsini müəyyənləşdirə bilir.

Son.az ICTnews-a istinadən bildirir ki, iki kamera bir neçə əsas göstəricini (nəbz, göz qırpma tezliyi və sürətini, qaş və ağızın vəziyyəti, həmçinin insan bədəninin temperaturunu) kontaktsız qeydə alır: Sistem toplanmış nəticələrin analizi əsasında yaşanan emosiyaların tip və gücünü müəyyənləşdirir

Texnologiya, həmçinin kənar amilləri nəzərə alır: məsələn, insana soyuq  və ya isti olmasını, həmçinin yuxululuq dərəcəsini.