Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı


Digərləri 01 Fev 2018 07:51:00 231 0

Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı

Amerikalı milyarder və "Microsoft" korporasiyasının yaradıcısı Bill Geyts Edinburq şəhərində yerləşən "GALVmed" təşkilatına 40 milyon dollar bəxş edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu vəsait ideal inəyin yaradılmasına sərf ediləcək.

B.Geytsin fikrincə, ideal inək adilərindən 4 dəfə məhsullar olmalı və qızmar havada daha dözümlü olmalıdır.

Hələlik belə bir heyvanların necə yaradılacağı məlum deyil. Ancaq daha əvvəl milyarder süni mayalanmadan istifadə edilməsini təklif edib.