Yaponiyada qocalar evində 11 nəfər yanaraq ölüb


Dünya 01 Fev 2018 07:43:58 291 0

Yaponiyada qocalar evində 11 nəfər yanaraq ölüb

Ölənlərdən 8-i kişi, 3-ü isə qadındır

Yaponiyanın Sapporo şəhərində yerləşən qocalar evində yanğın zamanı 11 nəfər həyatını itirib.

“Report” yerli NHK telekanalına istinadən xəbər verir ki, binada 16 nəfər olub. Onlardan 5 nəfəri xilas edilib.

Ölənlərdən 8-i kişi, 3-ü isə qadındır.

Yanğının səbəbləri hələ ki, bilinmir.