Qarşılayın: Xiaomi Redmi Note 5


Digərləri 01 Fev 2018 07:42:00 322 0

Qarşılayın: Xiaomi Redmi Note 5

İnternetdə Xiaomi Redmi Note 5-in fotoları, texnki göstəriciləri və təqribi qiyməti sızdırılıb.

Son.az technote.az-a istinadən bildirir ki, həmçinin sözügedən smartfon Çində Xiaomi MEE7 və Xiaomi MET7 adları ilə sertifikatlaşdırılıb. Bu barədə Gizmochina saytı xəbər verib. Yeni model Redmi Note 5 metal korpusa və müasir dizayna sahib olacaq. Həmçinin smartfon 18:9 nisbətli çərçivəsiz 5.99 inç Full HD+ ekranla təchiz olunacaq. Sızdırılmış fotodan da görmək olar ki, Redmi Note 5 ikili arxa kameraya sahib olacaq. Güman olunur ki, onlardan biri 16 MP, digəri isə 5 MP olacaq. Smartfonun ön paneli isə geniş bucaqlı 8 MP-lik kamera ilə təchiz olunacaq.

Smartfon MIUI 9 interfeysli Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Sızdırılmış məlumatlara əsasən smartfon iki versiyada təqdim olunacaq. Birinci versiya Snapdragon 630 prosessoru, 3 GB RAM və 32 GB daxili yaddaş, ikinci versiya isə Snapdragon 636 prosessoru, 4 GB RAM və 64 GB daxili yaddaş ilə təmin olunacaq. Birinci versiyanın təqribi qiyməti 237$, ikinci versiyanın təqribi qiyməti isə 284$ təşkil edəcək. Yeni model Redmi Note 5-in MWC 2018 tədbirində anons olunacağı gözlənilir.