BakıQuba yolunda avtomobil piyadanı vuraraq öldürüb FOTO


Digərləri 01 Fev 2018 07:45:00 245 0

BakıQuba yolunda avtomobil piyadanı vuraraq öldürüb  FOTO

Piyada qəfil maşının yoluna çıxıb

Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində baş verib.

"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.


Xəbərə aid fotolar