Məşhur mütəxəssis gələcək iPhonelar haqqında məlumat verdi


Digərləri 01 Fev 2018 07:11:00 250 0

Məşhur mütəxəssis gələcək iPhonelar haqqında məlumat verdi

"KGI Securities" şirkətinin analitiki Ming-Chi Kuo 2018-2019-cu illərdə olacaq iPhone modelləri barəsində məlumatları verməyə davam edir. 

Qeyd etmək lazımdır ki, Ming-Chi Kuo bu barədə yetəri nüfuza sahibdir və onun proqnozları demək olarki həmişə düz olur. O bildirib ki, bu il "Apple" 3 ədəd iPhone satışa çıxaracaq. Daha aşağı qiymət göstəricisinə sahib olacaq model iPhone 9 olacaq və o, 6.1 inç LCD ekranla təmin olunacaq. Ming-Chi Kuo-nun sözlərinə əsasən bu model 3 şirkət tərəfindən istehsal olunacaq: "Pegatron" (60%), "Foxconn" (30%) və "Wistron" (10%).

Son.az technote.az-a istinadən bildirir ki,  "Japan Display" şirkəti LCD ekranların 70%-ni "Apple" üçün istehsal edəcək. Full Active texnologiyası sayəsində smartfonun hər tərəfdən kənar çərçivələri 0.5 mm olacaq. Sözügedən modelin ekranı 18:9 nisbətində olacaq. Bundan əlavə olaraq o, 2850-2950 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu isə iPhone X-in batareyasından 8% böyükdür. iPhone 9-un qiymətini 700-800$ civarında saxlamaq üçün smartfon 3D Touchtexnologiyasız olacaq və bir arxa kamera ilə təchiz olunacaq.

Həmçinin iPhone 9 Face ID texnologiyası, TrueDepth kamerası və Animoji-yə də sahib olacaq. Analitikin məlumatına əsasən iPhone X-in ikinci nəsli iPhone Xs və iPhone Xs Plus (6.5 inç ekran) adlana bilər. Onun sözlərinə görə hər iki model 4 GB RAM və 3300-3400 mAh enerji tutumlu batareyalar ilə təchiz olunacaq. Hər iki modeldə batareyaların forması iPhone X-dəki kimi "L" hərfi formasında olacaq və hər iki model OLED ekranla təchiz olunacaq. Lakin güman olunur ki, iPhone Xs modeli LCD ekrana sahib olacaq.