"Vostok" gəmisinin azərbaycanlı heyət üzvlərinin ailələrinə 26 min dollardan çox maddi yardım veriləcək


Dünya 01 Fev 2018 04:41:09 263 0

"Vostok" gəmisinin azərbaycanlı heyət üzvlərinin ailələrinə 26 min dollardan çox maddi yardım veriləcək

Bundan əlavə, onların ailələri sığortaçı şirkət tərəfindən sığorta ödəmələri alacaqlar

Yapon dənizində itmiş "Vostok" gəmisinin məxsus olduğu "DV-flot" şirkəti heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl məbləğində (26697.99 dollar) maddi yardım edəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin baş direktoru Stanislav Malçevskiyə istinadən TASS məlumat yayıb.

"Müəssisə heyətin həlak olmuş hər bir üzvünə görə 1,5 milyon rubl ödəyəcək. Bundan əlavə, onların ailələri sığortaçı şirkət tərəfindən sığorta ödəmələri alacaqlar", - deyə Malçevski əlavə edib.

Balıqçı gəmisində iki Azərbaycan vətəndaşı da daxil olmaqla 20 heyət üzvü olub.