Suriyada döyüşlər zamanı ordu generalı həlak olub


Dünya 01 Fev 2018 02:38:17 216 0

Suriyada döyüşlər zamanı ordu generalı həlak olub

Hadisə Deyr-əz-Zorda terrorçuların hücumunu dəf edərkən baş verib

Suriya ordusu çərşənbə günü Deyr-əz-Zorun əyalət mərkəzinin ətrafında yerləşən Məyadin rayonunda İŞİD terrorçularının hücumunu dəf edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Shaam Times" portalı məlumat yayıb.

İŞİD yaraqlıları Suriya səhrasında Məzar Ayn-Ali və Əl-Kuriyə vahələrində itirdikləri mövqeləri geri almağa cəhd göstəriblər. Terrorçulara qarşı həyata keçirilən əməliyyat zamanı 67-ci zirehli tank briqadasının qərargah rəisi general Xəlil Məhfuz həlak olub.