Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb


Sosial 01 Fev 2018 01:03:43 288 0

Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb

Piyada qəfil maşının yoluna çıxıb

Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Bakı-Quba yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Araşdırma aparılır.