Bakıda kişi həyat yoladşına 6 bıçaq zərbəsi vurub


Sosial 01 Fev 2018 00:50:04 286 0

Bakıda kişi həyat yoladşına 6 bıçaq zərbəsi vurub

Bıçaq qadının mədə və qaraciyərini deşib

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı Zərdabi küçəsində yaşadığı evin həyətyanı səhəsində ərinin bıçaqla hücumuna məruz qalıb. Nəticədə qadın 6 bıçaq zərbəsi alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, bıçaq Ş.Babazadənin mədə və qaraciyərini deşib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.