Nazik dodaqlı xanımlara TÖVSİYƏ Daha böyük görünməsi üçün...


Digərləri 31 Yan 2018 23:36:00 284 0

Nazik dodaqlı xanımlara TÖVSİYƏ  Daha böyük görünməsi üçün...

Dodaq boyasını düzgün və qüsursuz sürtməyin ən yaxşı yolu nədir? Son.az ailem.az-a istinadən gözəl xanımlarımız üçün bu işin sirlərini təqdim edir.

Dodaq boyası çəkərkən azca gülümsəyərək, dodaqlarınızı gərin və qətiyyən büzməyin.

Solğun rəng dodaqlar üçün necə bir dodaq boyası istifadə etməliyəm?

Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq berjləri, tünd dərililər isə qəhvərəngi tərkibli daha isti tonları seçməlidir. Həm də solğun rəngli dodaqlarınızı dumanlı gözlərlə də tamamlaya bilərsiniz.

Mükəmməl qırmızı dodaq boyası deyilən bir şey varmı?

Sizə yaraşan mükəmməl qırmızı tonu tapmaq üçün qutunun üzərində görünən rəngə önəm verməyin. Dodaq boyasının rəngini əlinizin üzərinə çəkib baxmaqla təyin etməkdənsə, boyanı dodaq rənginizə azca uyğunluğu olan barmaq uclarına çəkin.  

Saç rənginə uyğun dodaq boyası seçməyin bir qaydası varmı?

Solğun rəngli qızılı saçlı qızlar berj, ya da ərik rəngi seçməlidir. Asan bronzlaşmayan sarışınlar mərcan, ya da çəhrayı tonlar, qumral dərili qaraşınlar qırmızı rəng tonlarına ehtiyac duyurlar.  Dərisi və saçı tünd olanlar qızılı tonlarda bir şey seçsin.

Dodaqların daha dolğun görünməsi üçün nə etməli?

Dodaq cizgisindən yuxarıya dodaq qələmi çəkməyi heç düşünməyin. Bunun yerinə mat rəngli bir dodaq boyası sürtdükdən sonra üst dodağınız boyunca uzanan qövs bölümünə  incə bir fırçayla bir az aydınladıcı sürtün.

Solğun dodaqlar gecə gözəl görünsün deyə nə etməli?

Mat tonda dodaq rənginə uyğun boya çəkdikdən sonra parıltılı göz kölgəsini dodaqlarınıza sürtün.