ABŞ və Avropa "üçlüyü" İranın nüvə proqramına dəyişiklik edəcək


Dünya 31 Yan 2018 23:42:00 206 0

ABŞ və Avropa "üçlüyü" İranın nüvə proqramına dəyişiklik edəcək

ABŞ və Avropa "üçlüyü" (Böyük Britaniya, Almaniya, Fransa) may ayınadək İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dəyişikliklər işləyib hazırlayacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Stiven Qoldsteyn bəyan edib.

"Artıq işçi qruplar yaradılıb. Biz sazişi daha əsaslı etməyə çalışacağıq. Bununla bağlı işlər mayın sonunadək yekunlaşmalıdır", deyə S.Qoldsteyn qeyd edib.