Azərbaycanda bu xəstəlikləri olanlar müəllim işləyə bilməyəcəklər VİDEO


Digərləri 31 Yan 2018 23:21:00 321 0

Azərbaycanda bu xəstəlikləri olanlar müəllim işləyə bilməyəcəklər  VİDEO

Azərbaycanda tibbi müayinədən imtina edən bəzi xəstəliklər aşkarlanan müəllimlərin məktəbəqədər təhsil sahəsində işləməsinə icazə verilməyəcək.

Son.az bildirir ki, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası"nda öz əksini tapıb.

Bu qaydalara görə, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Təhsilverənlər "Məktəbəqədər təhsil haqqında" qanununa uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.

Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.