Azərbaycanda 29 yaşlı gəlin 12 gündür yoxa çıxıb VİDEO


Digərləri 31 Yan 2018 23:10:00 221 0

Azərbaycanda 29 yaşlı gəlin 12 gündür yoxa çıxıb  VİDEO

Gəlin məktub yazaraq evi tərk edib. Son.az bildirir ki, hadisə Göyçayda olub. Rayon sakini Rüfət Məmmədovun həyat yoldaşı, 29 yaşlı Türkan Lətifova yanvarın 19-də evlərindən çıxaraq geri qayıtmayıb. Gəlinin Qaynanası Firəngiz Məmmədova deyir ki, oğlu Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən il ailə qurublar və evdə heç bir söz-söhbət olmayıb. Türkan evi tərk etməzdən əvvəl həyat yoldaşına zəng edərək evə çagırıb. Ailə evə gələndə onun "Rüfət, səni sevirəm, amma gedirəm" yazılmış məktubunu tapıb.

Türkan Lətifova şəkərli diabet xəstəsi olub. Lakin müalicəsi üçün istifadə etdiyi dərman preparatlarını, şəxsiyyət vəsiqəsini, geyim əşyalarını evdə qoyub.

Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Onun bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini görənlər olub.