Özünüzü daim yorğun hiss edirsiniz? - Bu əlamətlər sizdə də varsa...


Digərləri 31 Yan 2018 21:33:00 221 0

Özünüzü daim yorğun hiss edirsiniz? - Bu əlamətlər sizdə də varsa...

Statistik məlumatlara görə, dünya əhalisinin təxminən 2,6% sakini özündə o qədər tez-tez güclü yorğunluq hiss edir ki, onların nə işləməyə, nə də oxumağa həvəsləri olmur.

Bakı. İlhamə İsabalayeva – Statistik məlumatlara görə, dünya əhalisinin təxminən 2,6% sakini özündə o qədər tez-tez güclü yorğunluq hiss edir ki, onların nə işləməyə, nə də oxumağa həvəsləri olmur. Trend-in məlumatına görə, əmək qabiliyyətli insanların isə təxminən 15 faizi xroniki yorğunluq sindromundan əziyyət çəkirlər. Xroniki yorğunluq sindromunun hansı səbəbdən yaranması ilə bağlı alimlər uzun müddət araşdırma aparsalar da, bu qədər güclü yorğunluğa səbəb olan amilləri dəqiqliklə tapa bilməyiblər. Əksəriyyət bu fikirdə olub ki, xroniki yorğunluq sindromu xəstəlik deyil. Avstraliya və ABŞ tədqiqatçıları isə bu qənaətə gəliblər ki, xroniki yorğunluğun sindromu stress və ya gərgin iş deyil. Onun yaranmasının əsas səbəbi immun qəfəslərinin səthində olan reseptorun strukturunu pozan mutasiyalardır. Bütün bunlar isə sübut edir ki, milyonlarla insan bütün dünyada bu mutasiyayla bağlı yaranan xəstəlikdən əzab çəkir və nəticədə də özlərində çox güclü yorğunluq hiss edirlər. Çin alimləri isə hesab ediblər ki, xroniki yorğunluq sindromu enerji balansının pozulmasıdır. Həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, xroniki yorğunluq sindromu həddindən artıq daimi yorulma, apatiya, gücdən düşmə, ümumi zəiflik ilə xarakterizə olunur. Bu əlamətlər hətta uzunsürən, gözəl istirahətdən sonra belə bərpa olunmur: "Xroniki yorğunluq sindromu daha çox inkişaf etmiş ölkələrin meqapolislərində rast gəlinir. Xroniki yorğunluq sindromundan əziyyət çəkən insanların 90%-ə yaxını iri meqapolislərdə yaşayırlar. Burada həyat ritmi sürətlidir, amma ekoloji vəziyyət aşağıdır". Y.Abdiyeva qeyd dib ki, xroniki yorğunluq sindromu üzrə risk qrupuna 25-45 yaş arasında olan şəxslər daxildir. Onun sözlərinə görə, bu dövrdə insan maksimal iş qabiliyyətinə malik olduğundan karyerasında yüksəlməyə, müvəffəqiyyət əldə etməyə çalışır və bunun üçün də özünü ciddi gərginliklərə məruz qoyur: "Xəstəliyin simptomları özünü müxtəlif formalarda biruzə verir. Xəstələr əsasən daimi yorğunluqdan şikayətlənirlər. Bəzi hallarda bu şikayətlər tənəffüs yolları infeksiyası, diareya, qastroenteroloji pozğunluqlar və sairdən sonra yarana bilər. Bir çox hallarda bu xəstələrdə depressiya əlamətləri olur, bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki aktivliyin azalmasi ilə əlaqədardır".