Olivye Jiru Londonun digər klubunda


İdman 31 Yan 2018 22:15:00 265 0

Olivye Jiru Londonun digər klubunda

"Arsenal"ın hücumçusu Olivye Jiru karyerasını "Chelsea"də davam etdirəcək. Goal.az xəbər verir ki, "zadəganlar" 31 yaşlı forvardı 1.5 il müddətinə heyətə cəlb edib. Tərəflərin razılığı əsasında bu müddət daha 1 il uzadıla bilər. Transfer "Arsenal"a 15.3 milyon funt birbaşa, 2.2 milyon funt isə bonus şəklində vəsait qazandıracaq. Jirunun yeni klubunda 18 nömrəli forma geyinəcəyi də məlum olub. 2012-ci ildə "Montpellier"dən "Arsenal"a 10 milyon funta keçən fransalı hücumçu bu mövsüm meydana çıxdığı 16 oyunda 4 dəfə fərqlənib.