Onkoloqlar xərçəng xəstəliyinə qarşı mübarizədə qızıldan istifadə ediblər


Digərləri 31 Yan 2018 22:00:00 316 0

Onkoloqlar xərçəng xəstəliyinə qarşı mübarizədə qızıldan istifadə ediblər

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Krasnoyarsk Elmi Mərkəzinin əməkdaşları qızıl nanohissəсiklərin və istilik təsirinin köməyi ilə xərçəng hüceyrələrinin məhv edilməsi metodikasını sınaqdan keçiriblər. Mühüm odur ki, yeni üsul xərçəng hüceyrələrinin məhv edilməsi zamanı sağlamlığa zərər vermir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hələlik metodu siçanlar üzərində sınaqdan keçiriblər. Məlum olub ki, nanohissəciklərin xərçəng hüceyrələrinə çatdırılması və onların sonradan yaşıl işıqla şüalandırılması hissəciklərin məxsusi olaraq müəyyən zonada qızmasına gətirib çıxarır. Şüalar hissəciklərə hopub və xərçəng hüceyrələrini tamamilə yandırıb. Bu metodun işlənib hazırlanmasında fiziklər, kimyaçılar, bioloqlar, həkimlər, riyaziyyatçılar və mühəndislər öz səylərini birləşdiriblər.