Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...


Digərləri 31 Yan 2018 22:03:00 349 0

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Ekspertlər deyir ki, xarici ölkələrdə keyfiyyətsiz ali təhsil alanlar özlərini aldadırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov mətbuata açıqlamasında bildirib ki, yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır. S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır: "Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır".