Ən təhlükəli qida hansıdır?


Digərləri 31 Yan 2018 22:10:00 225 0

Ən təhlükəli qida hansıdır?

Tərkibində yüksək xolesterin olan heyvan mənşəli məhsullar aqressiv bədxassəli şiş risklərini əhəmiyyətli dərəcədə artıra, onların inkişaf sürətini 100 dəfə qaldıra bilər. ABŞ-ın Kaliforniya Universitetinin alimləri belə bir nəticəyə gəlib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda məqalə  "Cell Stem Cell" jurnalında dərc olunub.

Tədqiqatda  Lpcat3 fermentini kodlaşdıran genləri modifikasiya olunmuş siçanlardan istifadə olunub. Bu zülal hüceyrə membranını təşkil edən fosfolipid sintezinə nəzarət edir və onun kəsilməsi xolesterin səviyyəsini artırır. Məlum olub ki, xolesterin konsentrasiyasının artımı   bağırsaq toxumalarında kök hüceyrələrinin artımı və parçalanmasına xidmət edir.