Ürək qripi


Digərləri 31 Yan 2018 21:48:00 280 0

Ürək qripi

Son.az kaspi.az-a istinadən kardiologiya üzrə uzman Yalçın Velibeyin yazısını təqdim edir.

Qrip və ya üst tənəffüs yollarının digər kəskin viral  (yəni virusların səbəb olduğu) infeksiyaları uşaqdan böyüyə qədər hər kəsin sağlamlığı üçün təhlükə yaradan önəmli infeksion xəstəliklərdəndir. Çox zaman müvəqqəti infeksion bir xəstəlik olaraq bilinsə də, əslində sağlamlığımız üçün çox ciddi və təhlükəli problemlər yarada bilir. Tənəffüs yollarının kəskin viral infeksiyalarının ciddi şəkildə təsir etdiyi orqanlardan biri də ürək-damar sistemidir. Daha açıq şəkildə söyləsəm, bu infeksiyaları keçirdikdən sonra infeksiya və ya iltihablaşma ürəyimizə də sıçraya bilir. Bu yazımda qrip və ya üst tənəffüs yollarının kəskin viral infeksiyaları sonrası ortaya çıxan "Ürək qripi" haqqında olan məlumatları sizinlə paylaşmaq istədim.

Əslində viral üst tənəffüs yolu infeksiyasına yoluxan insanların çox az bir qismində ürək-damar sistemi virusların təsirinə məruz qalır. Xüsusiylə də "ürəyi sevən" bəzi viruslar vardır ki onların səbəb olduğu qrip və ya üst tənəffüs yollarının kəskin infeksiyası sonrasında ürək qripinin ortaya çıxma ehtimalı daha yuxarıdır. Ancaq az görülsə də, qorxulan odur ki, ürək qripi zamanı ciddi ürək çatışmazlığı və qəfil ürək durmaları ortaya çıxa bilir. Viruslar ürək-damar sistemində iki şəkildə problemə səbəb ola bilir. Birincisi ürəyin ətrafını saran ürək zarı və ya ürək kisəsi deyə adlandırdığımız 'perikard' toxumasında infeksiyaya səbəb olur ki, bunun tibbi adı "perikardit"dir. Ürək kisəsinin iltihabı və ya infeksiyası hər yüz min insanın iyirmi səkkizində görülür. Təcili tibbi yardım şöbəsinə sinə ağrısı şikayəti ilə müraciət edən insanların 5 faizinin ağrısının səbəbi məhz ürək kisəsinin iltihabı -yəni "perikardit"dir. Sevindirici hal odur ki perikardit zamanı bir insanın ölmə ehtimalı 1.1 faizdir. Ancaq qrip və ya üst tənəffüs yolunun kəskin viral infeksiyası sonrasında perikardit ortaya cıxan insanların 30 faizində 18 ay içində bu xəstəlik (perikardit) yenə ortaya çıxır. İkincisi və daha önəmli olanı ürək əzələsinin iltihabıdır ki,bu da ''miokardit'' adlandırılır. Ciddi ürək çatışmazlığı və qəfil ürək durmaları ürək qripinin məhz bu formasında ortaya çıxar. Bəzən iltihablaşma ürək kisəsində ortaya çıxsa da, sonradan ürək əzələsinə də keçir.

Ürək qripi daha çox kimlərdə və nə vaxt ortaya çıxar?

Burda bir şey yanlış anlaşılmasın. Hər qrip və ya kəskin üst tənəffüs yolu infeksiyasına yoluxmuş olan insanda ürək qripi ortaya çıxmaz. Daha dəqiq desəm, infeksiyaya yoluxan insanların az bir qismində ürək qripi ortaya çıxır. Ancaq bu xəstəliyi diqqət mərkəzində tutan ən önəmli xüsusiyyət az rast gəlinsə də, ürək əzələsində iltihablaşma varsa, ciddi ürək-damar problemlərinə səbəb ola bilməsidir. Ürək qripi daha çox 20-50 yaş arasındakı insanlarda ortaya çıxır. Bu xəstəlik qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bunun dəqiq bir səbəbi bilinməsə də, daha çox kişilərin ürək-damar sisteminin xəstəliyə qarşı həssas olması, işləkliyi və ictimai mühitdə fəal olmaları kimi səbəblər göstərilir. Maraqlı bir fakt da odur ki qripə və ya kəskin üst tənəffüs yolu infeksiyasına yoluxmuş bir insanda ürək qripi dərhal ortaya çıxmır. Belə ki, ürək qripi adətən xəstənin qribal simptomları keçib getdikdən 10-14 gün sonra ortaya çıxar. 

Hansı simptomları olur?

Ürək qripi keçirən bir xəstədə əsas olaraq sinə ağrısı ortaya çıxır. Ağrı arxası üstə yatanda, önə doğru əyiləndə və ya öskürəndə daha da artar. Bəzi xəstələr təngnəfəslik və ürəkdöyünmədən də əziyyət çəkirlər. Bəzən azacıq temperatur artımı da müşahidə edilir. Ancaq sizə çox önəmli iki fakt daha söyləyim. Bəzi xəstələr ürək qripi keçirsələr də, heç bir şikayətləri olmaz. Yəni bunu hiss etməzlər. Buna asemptomatik (simptomların olmadığı) xəstəlik deyilir. Bəzi xəstələrə də ürək qripi diaqnozu qoyulsa da, xəstələr yaxın vaxtlarda qripə və ya kəskin üst tənəffüs yolu infeksiyasına yoluxmadıqlarını söyləyirlər. Yəni ürək qripinə asemptomatik (simptomsuz) yuxarı tənəffüs yolu infeksiyaları da səbəb ola bilir.

Nə qədər təhlükəlidir?