Musiqili Teatrın aktyorları mükafata layiq görülüb


Digərləri 31 Yan 2018 21:25:36 193 0

Musiqili Teatrın aktyorları mükafata layiq görülüb

Mükafatlandırma "Azerbaijan Best Awards" (ABA) mərasimində baş tutub

Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən "Azerbaijan Best Awards" (ABA) mərasimində Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları mükafatlandırılıblar.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməkdar artist Çingiz Əhmədov “Ən yaxşı aktyor”, gənc olmasına baxmayaraq kifayət qədər tanınan Nicat Əli "İlin ən populyar televiziya serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

Çingiz Əhmədov belə bir mötəbər mərasimdə onun əməyinə verilən qiymətə görə, layihənin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Gənc və istedadlı aktyor Əli Nicat da sevincini gizlətməyib: "İstər teatrda, istərsə də kinoda əməyimizə verilən qiymət bizi yaradıcılığa daha da ruhlandırır. Çalışacağam ki, bundan sonra da uğurlarımız çox olsun”.