Min bir dərdin dərmanı


Digərləri 31 Yan 2018 21:06:00 265 0

Min bir dərdin dərmanı

Siyasətçilər üçün ən vacib şərtlərdən biri soyuqqanlı olmaq, qərarlar verərkən təmkin nümayiş etdirmək, bir sözlə, səbirli və əsəbsiz şəraitdə fəaliyyət göstərməkdir. Təbii ki, dünyanın qarışıq bir durumunda bunun mümkünlüyü o qədər də asan deyil, amma heç mümükünsüz də deyil. Məhz elə buna görə də bir çox siyasətçilər öz qida rasionlarında nanə çayına üstünlük verirlər.

Son.az modern.az-a istinadən sağlamlıqla bağlı növbəti yazıda nanə çayının faydaları haqqında yazını təqdim edir.

Nanə xoş ətri və qoxusu ilə yanaşı, sağlamlıq üçün olduqca faydalı bitkilərdən biridir. Hələ qədim zamanlardan nanədən təbabətdə geniş istifadə olunub. Nanənin tərkibi orqanizm üçün vacib olan A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir.

Bu bitkinin faydalı xüsusiyyətlərindən ən başlıcası sinir sisteminə müsbət təsiri, əsəbləri sakitləşdirməsi, stressi və gərginliyi aradan qaldırmasıdır. Nanə ürək damar sistemi üçün də xeyirlidir və infarkt riskini azaldır.

Mədə problemləri olan insanlar üçün nanə ən effektli vasitələrdən biri sayıla bilər. Köp, mədə bulanması, mədənin yanması zamanı bu bitkidən istifadə etmək məsləhət görülür.

Həmçinin o, həzm sistemini normallaşdırır, həzmi asanlaşdırır.

Dərinin sağlam və gümrah görünməsində nanə bitkisindən dəmlənən çay kosmetik vasitə kimi istifadə olunur.

İştəhasından şikayətlənənlər üçün bu bitki təbii dərmandır.

Ağızdan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün nanədən istifadə etmək kifayətdir. Xalq təbabətində nanə bitkisindən aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:

-Astma;

-Hepatit;

-Xolesistit;

-Qastrit;