Ay tutulması başa çatdı
Digərləri 31 Yan 2018 20:15:00 259 0
Bu gün saat 15:48:27-dən başlayan Ay tutulması hadisəsi artıq başa çatıb.
Son.az bildirir ki, bu astronomik hadisə ilə bağlı özəl olaraq Trend-ə açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, bu, ilin ilk Ay tutulmasıdır.
X.Mikayılov əlavə edib ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayıb: "Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə etmək mümkün olub".
Mənbə: milli.az