Samir Nasri klubsuz qaldı


Dünya 31 Yan 2018 19:18:00 264 0

Samir Nasri klubsuz qaldı

Türkiyə Superliqasında çıxış edən "Antalyaspor" Samir Nasri ilə yollarını ayırıb.

Son.az goal.az-a istinadən xəbər verir ki, klubun mətbuat xidmətindən fransalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanıb. Nasri yanvarın əvvəlindən komandannı düşərgəsində deyildi. Ödənilməmiş məvaciblər onun hesabına artıq köçürülüb. "Antalyaspor" borclu olduğu futbolçulara ümumilikdə 7 milyon avro ödəməli olub.

Samir Nasri ötən yay "Manchester City"dən transfer olunmuşdu. Cəmi 5 ay Superliqa klubunda forma geyən yarəmmüdafiəçi əsas heyətdə möhkəmlənə bilməmişdi.