"Oyan Azərbaycan" Ümumxalq İnternetsiz günü qeyd etdi FOTO


Digərləri 31 Yan 2018 19:02:00 341 0

"Oyan Azərbaycan" Ümumxalq İnternetsiz günü qeyd etdi  FOTO

Bu şənbə səhəri "Oyan Azərbaycan" bir birindən maraqlı süjetləri və qonaqları ilə səhərimizi pozitivə köklədi. 27 yanvar İslandiyada Günəşli qəhvə günüdür. Billurə Mikayıllı qəhvənin faydalarından eyni zamandan zərərlərini araşdırdı. Türk ustalar isə canlı efirdə əsl türl qəhvəsi dəmləyi öyrətdi.

Heydər Rəsulzadənin "Məşqə gecikirəm" rubrikasının bu dəfəki çempion qəhrəmani Cumari Muradov oldu.

Orxan Əliyəv dostlarını "Niyə də yox" layihəsində bir araya topladı. Ona isə bu işdə Xəzər Tv və bizim komanda ilə yanaşı Gənclər Fondu da dəstək oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov və bizim aktiv və pozitiv əməkdaşımız Orxan Əliyev qonağımız oldu.

Kafiyə Orucova "BALALAR BİLİRMİ" rubrikasında  Futbol oynamaqdan danışdı.

Son zamanlar whatsapp-lara atılan xəbərdarlıq dolu naməlum səslər şayiə yayılıb. Guya ki, şəhərimizin bəzi məktəblərinin qarşısında uşaqlara konfet şəklində paylanan narkotik maddə şagirdləri zəhərləyib. Araşdırmamız zamanı məlum oldu ki, belə bir hadisə baş verməyib bu sadəcə şayədir. Elə  Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov da bu məsələyə  açıqlama gətirib.

Bu gün Latviyada Etiraf günüdür. Əslində bu gün onların müstəqillikləri ilə bağlı bir bayramdır. Çünki məhz 1921-ci ilin bu günü bir çox ölkələr Latviyanın müstəqilliyini qəbul etdiklərini etiraf ediblər. Vasif Həsənov də Etiraf günü olduğunu eşidən an mikrafonu götürüb qaçdı şəhərə ki, şəhər sakinlərini etiraf etdirsin.

Bu gün İslandiyada həyat yoldaşı günüdür.  Bu günün əsas məqsədi ərlərə daha çox diqqəti artırmaq və onları təbrik etməkdir. Sevinc Şirinova öz süjetində idel həyat yoldaşını açıqladı.

Heydər Rəsulzadə "Kəndçi" rubrikasında QAX-da Qum məbədini araşdırarkən Vasif Həsənov Venesiya karnavalından danışdı.


Xəbərə aid fotolar