"Sevilla" ispan hücumçunu icarəyə götürüb


İdman 31 Yan 2018 18:33:00 327 0

"Sevilla" ispan hücumçunu icarəyə götürüb

"Sevilla" hücum xəttini gücləndirib. Goal.az xəbər verir ki, Əndəlus klubu "Everton"dan Sandro Ramiresi icarəyə götürüb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. 22 yaşlı forvard "Sevilla"nın "Lganes"lə keçirəcəyi oyundan əvvəl komanda yoldaşları ilə görüşəcək.

Sandro "Barcelona"nın yetirməsidir. 2014-16-cı illərdə katalonların əsas komandasında çıxış etdikdən sonra "Malaga"ya transfer olunmuşdu. 2017-ci ilni yayında "Everton" onu 5.2 milyon funta transfer etmişdi. Gənc hücumçunun Liverpul klubu ilə müqaviləsi 2021-ci ilə kimi qüvvədədir.