Tofiq Ağahüseynov Prezidentin fəxri diplomu ilə təltif edilib


Siyasət 31 Yan 2018 18:03:00 359 0

Tofiq Ağahüseynov Prezidentin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev Tofiq Ağahüseynovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

Son.az