"Azərbaycan iqtisadiyyatı növbəti keyfiyyət mərhələsinə qədəm qoyub"


Digərləri 31 Yan 2018 17:40:00 337 0

"Azərbaycan iqtisadiyyatı növbəti keyfiyyət mərhələsinə qədəm qoyub"

"Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev 2004-2017-ci illərdə ölkəmizin soial-iqtisadi inkişafının mühüm göstəricilərinə toxunaraq bu xüsusda regionların sosial-iqtisadi inkişafını xüsusi olaraq önə çəkdi:

"Hələ 2003-cü ildə dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bugün milli iqtisadiyyatımızın hazırkı mərhələsində inkişaf göstəricilərinin təmin olunması prosesində heç şübhəsiz ki, regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarının da mühüm rolu olub. Regionların inkişafı və regionda sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, eyni zamanda, iqtisadi proporsionallığı da qoruyan mühüm faktor kimi çıxış edir".

Deputat vurğulayıb ki, ötən illər ərzində Prezident İlham Əliyev ilk növbədə regionlarda həyata keçirilən sosial layihələri önə çəkməklə Azərbaycanın sosial dövlət kimi öz öhdəlikərinə sadiq qaldığını bir daha diqqətə çatdırdı: