Pərviz Şahbazov yeni sədr təyin etdi
Digərləri 31 Yan 2018 17:46:00 260 0
Samir Əli Hüseyn oğlu Axundov Energetika Nazirliyinin tabeliyində "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.
Mİlli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov 30 yanvar 2018-ci il tarixində bu təyinat barədə əmr imzalayıb.
Samir Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə "İnformatika" elmi-istehsalat birliyində mühəndis və "Simko" Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. "Alman- Azərbaycan" Biznes Assosiasiyasının sədri, "Alman-Azərbaycan" Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.