Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub
İqtisadiyyat 31 Yan 2018 17:27:13 436 0
Bu vəzifəyə Samir Əli Hüseyn oğlu Axundov gətirilib
"Report"un məlumatına görə, nazir Pərviz Şahbazov bu barədə əmr imzalayıb.
S.Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.