Bakıda ağaclar kəsildi İşə polis qarışacaq FOTO


Digərləri 31 Yan 2018 17:28:00 289 0

Bakıda ağaclar kəsildi  İşə polis qarışacaq  FOTO

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 6 dekorativ ağac kökündən kəsilib.

Son.az Trend-ə istinadən bildirir ki, ağac kəsimləri Mərdəkan qəsəbəsinin Yevgeni küçəsi 10 ünvanında yeni tikilən obyektin qarşısında qeydə alınıb. 25-30 yaşlı sərv ağacları Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan ərazidə olub.

Təsərrüfat Birliyi qeyd edilən ünvanda ağacların kökündən kəsilməsi faktını təsdiqləyib.


Xəbərə aid fotolar