Nazirlik: BakıTbilisiQars dəmir yolu turizm məqsədləri üçün də istifadə olunacaq


Digərləri 31 Yan 2018 17:16:00 298 0

Nazirlik: BakıTbilisiQars dəmir yolu turizm məqsədləri üçün də istifadə olunacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti gələcəkdə turizm məqsədləri üçün də istifadə olunacaq.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

V.Şıxəmmədov bildirib ki, dəmir yolu nəqliyyatı artıq uzun illərdir istifadə olunan bir nəqliyyat növüdür:

"Bu nəqliyyat vasitəsilə Azərbaycanın demək olar ki, bütün regionlarına səfər etmək mümkündür. Daxili turist səfərləri zamanı, xüsusən bayram günlərində və ya yay tətili zamanı bu nəqliyyat növündən istifadə olunur. Ölkə daxilində daxili turizmin inkişafı üçün, hansı ki yol xəritəsində də prioritet istiqamətlərdəndir, alternativ nəqliyyat növləri ilə birlikdə bu nəqliyyat növündən istifadə olunur".