İranda qadınlar geyim qaydalarına qarşı yenə etiraza qalxdı VİDEO FOTO


Dünya 31 Yan 2018 16:48:00 240 0

İranda qadınlar geyim qaydalarına qarşı yenə etiraza qalxdı  VİDEO  FOTO

İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər.

Son.az report-a istinadən xəbər verir ki, qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb.

Qeyd edək ki, 2017-ci il dekabrın 27-də 1,5 yaşlı körpə qız anası, 31 yaşlı Vida Müvəhid Tehranın İnqilab prospektində baş örtüyünü bayrağa çevirərək saçları tökülmüş vəziyyətdə etiraz aksiyası keçirmişdi. İranlı hüquq müdafiəçisi Nəsrin Sütudə polisin həmin gün qadını həbs etsə də, yanvarın 28-də sərbəst buraxdığını bildirib.

Yanvarn 29-da isə Vida Müvəhidin hərəkətini bir neçə qadın təkrarlayıb.


Xəbərə aid foto