Aİ Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır


Siyasət 31 Yan 2018 16:19:00 297 0

Aİ Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mİlli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan Prezidentinin son 10 ildə Avropa İttifaqı ölkələrinə 6 rəsmi səfər etdiyini, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan və Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər imzalanıb, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı təsdiq edilib. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2017-ci ilin 11 ayında Azərbaycanın xarici ticarətində Avropa İttifaqı ölkələrinin payı 41% təşkil edib. Aİ ölkələri tərəfindən 2012-ci ildən Azərbaycana təqribən 15 mlrd. ABŞ dolları həcmində Avropa İttifaqı ölkələrinin

Aİ-nin 24 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17-iilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb, 16 üzv dövlətlə Hökumətlərarası Komissiya və İşçi Qrupu fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Aİ ilə 120-dən artıq tədbir, biznes forum keçirilib.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Aİ enerji sahəsində uğurlu əməkdaşlıq edir və bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsi xüsusilə önəmlidir. Azərbaycanın nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, ölkəmizin tranzit potensialı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri barədə məlumat verən iqtisadiyyat naziri ölkəmizin Aİ ilə nəqliyyat sahəsində əlaqələrinin genişləndirilməsində və bu istiqamətdə əməkdaşlığı enerji sahəsindəki əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, 2018-ci il fevralın əvvəlində Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək. Bundan başqa, bu ilin martında Brüsseldə Aİ ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Aİ-yə üzv ölkələrin investisiyalarının Azərbaycana cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru H.Hololey ölkəmizə səfər zamanı Prezident İlham Əliyevin Avropa Komissiyası nümayəndə heyətini qəbul etdiyini məmnunluqla vurğulayıb, bir sıra görüşlər keçirildiyini diqqətə çatdırıb. H.Hololey 2011-ci ildəki səfərindən ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, həyata keçirilən tədbirlərin qlobal çağırışlara tam cavab verdiyini qeyd edib. Artıq Azərbaycan Aİ ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Görüşdə həmçinin, Avropa İttifaqı-Azərbaycan Sazişi layihəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində