Rusiyalı futbolçu "Arsenal"a icarəyə verildi


İdman 31 Yan 2018 16:04:00 234 0

Rusiyalı futbolçu "Arsenal"a icarəyə verildi

Rusiya millisinin hücumçusu Artyom Dzyuba karyerasını Tula şəhərini təmsil edən "Arsenal"da davam etdirəcək. Goal.az xəbər verir ki, "Zenit" 29 yaşlı forvardı mövsümün sonuna kimi qarşı tərəfə icarəyə göndərib. Dzyuba yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.

Rusiyalı futbolçu "Spartak" futbol akademiyasını yetirməsidir. O, müxtəlif vaxtlarda "Tom" və "Rostov"un da formasını geyinib. 2015-ci ildə "Zenit"ə transfer olunub. Rusiya millisində 22 oyuna çıxan hücumçu 11 qol vurub.