Elmar Məmmədyarov Brüsseldə Federika Mogerini ilə görüşəcək (ÖZƏL)


Digərləri 31 Yan 2018 15:50:00 224 0

Elmar Məmmədyarov Brüsseldə Federika Mogerini ilə görüşəcək (ÖZƏL)

Elmar Məmmədyarov Brüsseldə Federika Mogerini ilə görüşəcək.

Bakı. Gülqız Muradova - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşəcək. Bu barədə özəl olaraq Trend-ə Avropa İttifaqı Şurasının mətbuat xidmətindən məlumat verilib. E.Məmmədyarov və F.Mogerini fevralın 9-da keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasına sədrlik edəcəklər. Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası 2013-cü ildə keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin