"Səbail"in futbolçusu: "İlk qolu vurduğum anı heç zaman unutmayacağam" - MÜSAHİBƏ


İdman 31 Yan 2018 15:46:00 242 0

"Səbail"in futbolçusu: "İlk qolu vurduğum anı heç zaman unutmayacağam" - MÜSAHİBƏ

"Səbail"in "10 sual" rubrikasının növbəti qonağı yarımmüdafiəçi Murtuz Abakarov olub. Goal.az onun suallara verdiyi cavabları təqdim edir. 

- Futbola gəlişiniz necə oldu?

- Uşaqlıqda məşqul olduğum müxtəlif idman növləri olub, ancaq məhz futbol ruhuma daha yaxın gəldi. Bu səviyyəyə çatacağımı heç vaxt düşünməzdim.

- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?

- Yadda qalan çox matçım olum, ancaq ilk qolu vurduğum anı heç zaman unutmayacağam.

- Futbolda kumiriniz?

- Raul Gonzalez uşaqlıqdan indiyədək kumirimdir

- Hobbi və maraqlarınız?

- Dostlarımla müxtəlif kompüter və Playstation oyunları oynamaq.

- Ən sevdiyiniz film, musiqi, kitab?

- Sevdiyim filmlər çoxdur, ancaq "Law Abiding Citizen” ən sevdiyim filmdir.

- Həyatınızın əsas qaydası.

- Həyatda hər bir vəziyyətdə insanlığı itirməməkdir.

- İnsanlarda ən çox nəyə dəyər verirsiniz?

- İlk öncə insanların sadəliyini, əliaçıqlığını və təmizliyini dəyərləndirirəm

- Karyeranızda əsas məqsədiniz?

- Mümkün qədər çox zirvələrə çatmaq.

- Gənc futbolçulara məsləhətiniz?

- İlk öncə, heç vaxt təslim olmamaq. Maneəsiz və məğlubiyyətsiz nə qələbə olmur, nə də nəticə. Heç vaxt heç bir problem qarşısında dayanmayın. Futbol ciddi oyundur və zəif xasiyyəti olanları sevmir.

- Azarkeşlərinizə müraciətiniz?

- Matçlara gəlin, bizə dəstək olun. Sizin dəstəyiniz istənilən rəqibimizin qarşısında özümüzə güvənimizi artırır.