İranAzərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilmə tarixi razılaşdırılır


Siyasət 31 Yan 2018 15:38:00 233 0

İranAzərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilmə tarixi razılaşdırılır

"İran Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 12-ci iclasının keçirilməsinə hazırdır".

Son.az xəbər verir ki, bunu Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian deyib.

Nazir qeyd edib ki, iclasın keçirilməsi üçün bütün lazımi işlər görülüb: "Hazırda İran tərəfi Azərbaycanın iclasın keçirilmə vaxtını dəqiqləşdirməsini gözləyir".

Qeyd edək ki, bir müddət əvvəl hökumətlərarası komissiyanın iclasının İranın Astara şəhərində keçirilməsi planlaşdırılsa da, daha sonra iclas təxirə salınmışdı.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində