"Həyatda ehtiraslı olmaq, öpüşmək vacibdir"


Digərləri 31 Yan 2018 15:02:00 637 0

"Həyatda ehtiraslı olmaq, öpüşmək vacibdir"

Tanınmış rejissor Aqil M.Quliyevin son açıqlamasında azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsinin səbəbləri ilə bağlı söylədiklərinə qarşı tərəfdən cavab gecikməyib.

Aqil M.Quliyev: “Əri yoxdur, hamı da bilir kimin məşuqəsidir”

Ehtiraslı obrazları və cəsarətli açıqlamaları ilə daim diqqət çəkən aktrisa Könül Yusif qızı rejissorun qalmaqallı sözləri ilə bağlı Son.az-a açıqlama verib:

"Aqilin aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır sözləriylə razı deyiləm. Məncə, çəkici olmasi kifayətdir. Əsas iyrənc olmasın. Öpüşməklə bağlı dedikləri isə tamamilə düzdür. Həyatda öpüşə bilməyən filmdə necə öpüşəcək?! Səhnə təbii, səmimi alınması üçün adamın həyatda ehtiraslı olması, öpüşməsi vacibdir. 

Aqilin "Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir kimin məşuqəsidir. Amma heç kimin cəsarəti çatmır ki, ona bir söz desin. Çünki saxlayanı güclüdür, kimsə nəsə deyəcək, vurub qabırğalarını sındıracaqlar" sözlərinə xeyli güldüm. Kişi düz deyir də. Bu səhnələr cəsarət tələb edir. Az-çox açıq-saçıq səhnələrim var. 


Xəbərə aid fotolar