Azərbaycanlı sənətçinin 54 min pulunu ələ keçirənlərin məhkəməsi başladı


Digərləri 31 Yan 2018 13:57:00 269 0

Azərbaycanlı sənətçinin 54 min pulunu ələ keçirənlərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənov məhkəməsi başlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses fevralın 7-də davam etdiriləcək.