"Arsenal" 7 ildən sonra autsayderə uduzdu


İdman 31 Yan 2018 13:44:00 226 0

"Arsenal" 7 ildən sonra autsayderə uduzdu

İngiltərə Premyer Liqasının 25-ci turunda Uels səfərinə yollanan "Arsenal" turnir cədvəlinin sonuncusu "Swansea City" klubuna uduzub - 1:3. Goal.az xəbər verir ki, bu məğlubiyyətlə "topçular"ın autsayderlərə qarşı 33 oyunluq yenilməzlik seriyasına (27 qələbə, 6 heç-heçə) son qoyulub. Sonuncu dəfə London klubu 2011-ci ilin sentyabrında turnir cəvdəlinin sonuncusu "Blackburn Rovers"ə 3:4 hesabıyla uduzmuşdu.

Qeyd edək ki, Karlos Karvahal Arsen Venqerin komandasına qarşı ilk 2 oyununda qələbə qazanan 5-ci məşqçi olub. Portuqaliyalı mütəxəsis "Sheffield Wednesday"in sükanı arxasında olarkən 2015-ci ilin oktyabrında "Arsenal"ı İngiltərə Liqa Kubokunda 3:0 məğlub etmişdi. Karvahalla yanaşı Aleks Ferqyusson, Luis Enrike, Con Qreqori və Roy Evans da Venqerin komandasını ilk 2 qarşılaşmada məyus etməyi bacarmışdı.