Hakimin dələduzluqda təqsirləndirilən qardaşının məhkəmə istintaqı başa çatdı


Kriminal 31 Yan 2018 13:16:00 250 0

Hakimin dələduzluqda təqsirləndirilən qardaşının məhkəmə istintaqı başa çatdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.