Əfqanıstan və Pakistanda güclü zəlzələ baş verib, ölən və yaralananlar var


Dünya 31 Yan 2018 12:52:57 234 0

Əfqanıstan və Pakistanda güclü zəlzələ baş verib, ölən və yaralananlar var

İslamabadda bütün dövlət qurumları boşaldılıb

Bu gün səhər saatlarında Əfqanıstanda 6,1 bal gücündə zəlzələ olub.

"Report" "ToloNews"a istinadən xəbər verir ki, ölkənin böyük hissəsini əhatə edən yeraltı təkanlar nəticəsində yerli sakinlər tələsik evlərini tərk edərək çölə çıxıblar.

Paytaxt Kabildə iki güclü təkan olub, insanlar küçələrə çıxıblar.

Zəlzələnin episentri ölkənin şimalında - Bədaxşan əyalətində, Hindiquş dağlarında, Pakistanla sərhəddə qeydə alınıb.

Zəlzələ qonşu Pakistanda da baş verib. Nəticədə sərhəddə bir nəfər ölüb, daha 9 nəfər xəsarət alıb. Bela şəhərində bir fərdi evin dam örtüyü çöküb.

Pakistanın böyük şəhərlərinin sakinləri yeraltı təkanları hiss ediblər. Paytaxt İslamabadda bütün dövlət qurumları boşaldılıb.