Tələbə qız İnstagramda "əsl içən" kimi tanındı VİDEO FOTO


Digərləri 31 Yan 2018 12:45:00 317 0

Tələbə qız İnstagramda "əsl içən" kimi tanındı  VİDEO  FOTO

Bir butulka "Jägermeister"ı başa çəkib içmək və boşaltmaq asan deyil. Daha doğrusu, çox riskli və təhlükəlidir.

Amma Kanadadakı Ottava Universitetinin tələbəsi Karli Satton bunu bacarıb.

Son.az CBS- istinadən bildirir ki, 20 yaşlı Karli 0,7 litrlik "Jägermeister"i başına çəkib, dərhal sonra "Red Bull" içib.

Videonu Karlinin sevgilisi çəkib. Kadr arxasındakı bu şəxsin "Aman Tanrım, Karli, yox!" sözləri də eşidilir.

Bu olayın videosunu Karli İnstagram-dakı profilində paylaşandan sonra o, sosial şəbəkələrdə "Əsl içən qız" kimi məşhurlaşıb.

"Jägermeister" 35 faizlik spirt miqdarına malikdir ki, bu da 24,5 vahid alkoqola bərabərdir.

Həkimlər isə həftədə maksimum 14 vahid alkoqol qəbul etməyi məsləhət bilirlər.


Xəbərə aid fotolar