"Leeds United" yeni emblemdən imtina etməli olub


İdman 31 Yan 2018 12:32:00 288 0

"Leeds United" yeni emblemdən imtina etməli olub

İngiltərənin Championship divizionunda çıxış edən "Leeds United" bir neçə gün öncə təqdim etdiyi klubun yeni emblemindən imtinaq etməli olub. Goal.az xəbər verir ki, buna səbəb azarkeşlərin etirazıdır. Klub fanatlarla konsultasiya keçirmək və onların yeni emblemin dizaynı barədə təkliflərini dinləmək qərarına gəlib.

"Leeds" azarkeşləri yanvarın 24-də təqdim olunmuş yeni emblemə qarşı 77 min imza toplamışdılar. Qeyd edək ki, Yorkşir klubu 100 illik tarixində 10 dəfə emblem dəyişib. Hazırki emblem 1999-cu ildən istifadə olunur.