Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədri vəzifədən azad edilib


Dünya 31 Yan 2018 12:29:13 219 0

Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədri vəzifədən azad edilib

Onu Özbəkistan siyasətinin "boz kardinalı" adlandırırdılar

Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Rustam İnoyatov vəzifədən azad edilib.

“Report” xəbər verir ki, bunu Özbəkistan parlamentinin qəzeti yazıb.

Qeyd edək ki, o, 1944-cü il iyunun 22-də Özbəkistanın Surxandarin vilayətinin Şerabad rayonunda anadan olub. 1970-ci ildən xüsusi xidmət orqanlarında işləyib. 1995-ci il iyunun 7-də Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Onu Özbəkistan siyasətinin "boz kardinalı" adlandırırdılar.