“Ürəyim istəyən adamla 3 saat, 5 il ömür kecirəcəm” Vasif sevgidən danışdı VİDEO FOTO


Şou-biznes 31 Yan 2018 12:35:00 253 0

“Ürəyim istəyən adamla 3 saat, 5 il ömür kecirəcəm”  Vasif sevgidən danışdı  VİDEO  FOTO

ARB Ulduz-un "Şou-məkan" proqramının növbəti qonağı müğənni və meyxana ustadı Vasif Əzimov olub. Son.az bildirir ki, əvvəllər meyxanadan pul qazanmaq niyyətinin olmadığını açıq şəkildə etiraf edən Vasif Əzimov, üstəlik, tamam başqa bir sahədə çalışmaq niyyətində olub: "Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Fikrim olub ki, öz sahəm üzrə işləyim. Bu sənətdə pul qazanmaq niyyətim olmayıb. Sadəcə olaraq bu sənəti sevmişəm. Qismət elə oldu ki, mənə tamam başqa bir istiqamətdə yol açıldı. Evdə bu sənətlə məşğul olmağa qoymurdular, qadağalar var idi. Ən çox da böyük qardaşım meyxana dediyim yerdə gəlirdi, tuturdu aparırdı. Mən sənəti sevmişəm". Heç vaxt iddialı olmadığını dilə gətirən sənətçi onun bostanına daş atılmadığı müddətcə heç kimlə intriqaya girməyəcəyini və ancaq sənəti ilə irəliləmək istədiyini bildirib: "Mən heç vaxt iddialı danışmamışam. Bundan sonra danışmaq fikrim də yoxdur. Kimsə mənim bostanıma daş atsa, cavabını verərəm. Mənim heç kimlə işim yoxdur. Məndən də yaxşı meyxana deyənlər, oxuyanlar var. Gördüyünü nəzmə çəkib, şeir formasında, ritm üzərində demək, Allah vergisidir. Adam var ki, üç sözü ard-arda qoşub deyə bilmir. Biri də var ki, onu bədahətən, hansı bəhrdəsə deyəsən, bu, başqa bir şeydir". Söz, sənət meydanında şəxslərə önəm vermədiyini açıqlayan ifaçı, qarşısındakının yalnız sənətinin onun üçün vacib olduğunu söylədi: "Mən heç vaxt şəxsə önəm verməmişəm. Hanısa bir mahnı eşidirlər, soruşurlar ki, bu ifanı kim oxuyur? Əgər tanınmamış biridirsə, başını buraxırlar. Mən heç vaxt bu fikirdə olmamışam. Bəzən elə adamların mahnıları yüksək səviyyədə olub və bəyənmişəm ki, o adamları heç kim tanımır. Baxıram ki, həmin adamın səsi, sənəti əladır. Mənim qismətimdə birinci olmaq varsa, birinci olacam və ya sonuncu olmaq varsa, sonuncu olacam. Mən heç vaxt birincilik iddiası ilə gəlməmişəm". Kiminləsə problemi yaransa, bəzilərindən fərqli olaraq, onu el-aləmə car çəkmədən həll edən Vasif "nə dil bilsin, nə dodaq" prinsipi ilə hərəkət edir: "Xoşlamıram ki, kimləsə aramda problem varsa, çəkiliş çağırıb "mənim filankəslə problemim" var deyə aləmə car çəkim. O bilər, mən bilərəm. Onunla mənim aramda olan problemdir. Bu məsələnin camaata heç bir aidiyyəti yoxdur. Efirdə səsləndirməyin nə mənası var ki?" Ard-arda mahnı çıxarmağın, sadəcə, yaradıcılıq işi olduğunu söyləyən müğənni yeni mahnı çıxanda köhnə unudulacaq deyə kənara çəkilib sakit oturanlardan deyil: "Bu yaradıcılıq varsa, mən oturub gözləyə bilmərəm. "Canı yanar" mahnım 3-4 il gündəmdə oldu. İndi mən 3-4 il heç nə oxumamalıydım? Ondan sonra "Ölüm ölüm" gəldi. "Canı yanar" mahnım yaddan çıxdı. Bu ifa da üç il getdi. İndi də "Dərdimi dinlə" mahnım çıxıb. Bilmirəm ki, bu mahnının ömrü nə qədər olacaq. Oturub onu gözləyə bilmərəm. Mahnılarım mənim içimdən gələn hisslərdir, həmin hissləri mahnılara boşaltmalıyam". Sevgi anlayışını dırnağın içərisinə alıb danışan ifaçının sevgi ilə bağlı fikirləri fərqli olsa da, nəticə etibarilə məntiqlidir: "Biz adını dırnaqarası sevgi qoymuşuq. Əslində, sevgi, istək, hörmət odur ki, ürəyim istəyən insanla 3 saat, 5 il, 20 il bir yerdə ömür keçirdəcəmsə, həmin müddət ərzində ən azından problemlərdən uzaq olasan. O, sənə həmin problemləri unutdursun. Unutdurursa, deməli, sevgi budur". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto