Mark Bartra İspaniyaya qayıtdı


İdman 31 Yan 2018 12:15:00 320 0

Mark Bartra İspaniyaya qayıtdı

"Borussia Dortmund"un müdafiəçisi Mark Bartra İspaniya La Liqasına qayıdıb. Goal.az xəbər verir ki, 27 yaşlı futbolçu "Real Betis"lə müqavilə imzalayıb. Anlaşmanın müddəti 2023-cü ilin yayına kimidir. Transferin 10 milon avroya başa gəldiyi güman edilir. Bartranın "Betis"də alacağı məvacib açıqlanmır.

Qeyd edək ki, katalon müdafiəçi "Barcelona" yetirməsidir. 2010-16-cı illərdə klubun əsas komandasında oynayan Bartra daha sonra 8 milyon avro qarşılığında "Borussia"nın heyətinə qoşulmuşdu. Onun Dortmund klubu ilə müqaviləsi 2020-ci ilə kimi nəzərdə tutulmuşdu.