Azərbaycanda 3 yeni turizm zonası yaradılır


Digərləri 31 Yan 2018 11:51:46 247 0

Azərbaycanda 3 yeni turizm zonası yaradılır

Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, yeni turizm zonaları Xızı-Nabran zonasında, Quba və Qusarda yerləşir.

Ə.Qarayev deyib ki, turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək: "Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infranstrukturunun qurulmasına imkan yaratmalıdır".